Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Ağsaqqallar Şurasının konfransı keçirildi.

29 aprel 2021 | 16:00

29 aprel 2021-ci il tarixdə RİH-nin  Akt zalında  xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Rayon Ağsaqqallar Şurasının konfransı keçirildi. Konfransdan öncə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə  güllər dəstələri düzdülər.
Daha sonra Vətən müharibəsi şəhidlərinin, həmçinin dünyasını dəyişmiş ağsaqqal və ağbirçəklərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə RİH başçısı Ayaz Əsgərov açaraq qeyd etdi ki, rayona rəhbərlik etdiyim illər ərzində həmişə ağsaqqallarla görüşüb istək və təkliflərini dinləmişəm, onlarla fikir mübadiləsi apararaq faydalı məsləhətlərini işimdə tətbiq etmişəm. Elə ona görə də rayonumuzda aparılan quruculuq və abadlıq işlərində, sosial, mədəni sahələrdə uğurlarımızın sayı çox olmuşdur. Bildirildi ki, ulu öndərimiz Heydər Əliyev ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərmiş, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmışdır. Bu qayğı və diqqət hal-hazırda da möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolu əvəzsizdir. Daha sonra icra başçısı vurğuladı ki, Ağsaqqallar Şurasının bu günkü toplantısı şanlı Zəfər tariximizin sevincini yaşadığımız günlərə təsadüf edir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Bu şanlı Qələbədə rayonumuzun vətənpərvər gənclərinin də böyük payı oldu. Onlarla qəhrəman övladımız şəhid oldu, yaralı qazilərimiz doğma el-obaya qalib döyüşçülər kimi vüqarla qayıtdılar. Bu Qələbədə ağsaqqallarımızın mənəvi dəstəyi, öyüd-nəsihətləri də böyük rol oynadı.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira  Süleymanova çıxış edərək ilk öncə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevin rayon ictimaiyyətinə və konfrans iştirakçılarına salamlarını çatdırdı. O daha sonra bildirdi ki, əvvəlki iş fəaliyyətimlə əlaqədar olaraq Yardımlıda  dəfələrlə səfər etmişəm və şadam ki, rayonun  ağsaqqal və ağbircəkləri ilə yenidən bir aradayam.  
Elmira xanım Süleymanova çıxışına davam edərək ötən illər ərzində görülən işlərdən, ağsaqqallar qarşısında duran vəzifələrdən ətraflı söhbət açdı. O, Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verdi, tövsiyələrini çatdırdı, yeni seçiləcək heyətə uğurlar arzuladı.  Konfransda Mənsimov Məzlum Züflüqar oğlu Yardımlı  Rayon Ağsaqqallar şurasının sədri seçildi,  həmçinin yeni İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırıldı.

Keçidlər