Miqrasiya proseslərinin təhlili.
15 mart 2013 | 16:00
14 mart 2013-cü il tarixdə saat 11:00 -da RİH Akt zalında Lənkəran Regional Miqrasiya İdarəsi rayonumuzda miqrasiya proseslərinin təhlili, qanunsuz miqrasiyanın qarşısının alınması, eyni zamanda əmək miqrasiyasının tənzimlənməsi sahəsində maarifləndirmə ilə bağlı tədbir keçirildi. Tədbirdə Lənkəran Regional Miqrasiya İdarəsinin rəis müavini Səmədağa Abdullayev və idarənin əməkdaşları , ərazi nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə işçiləri iştirak etdi. Tədbirdə çıxış edən Səmədağa Abdullayev qanunsuz miqrasiyalardan və bunun nəticəsində ortaya çıxan amillərdən danişdı, iştrakçılar tərəfindən verilən suallara ətraflı izahatlar verildi.