Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda bu günədək vətəndaşlara 17 min 794 doza vaksin vurulub

25 may 2021 | 16:00

Yardımlı rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Yardımlı Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Yardımlı rayonu üzrə vətəndaşlara 17 min 794 doza vaksin vurulub.
İndiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 10 min 746 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 7 min 48 nəfərdir.
Yaş qrupları üzrə indiyədək Yardımlı rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 2 min 757 doza, 50-65 yaş arasında vətəndaşlara 7 min 198 doza, 50 yaşadək vətəndaşlara isə 7 min 839  doza vaksin vurulmuşdur.

Keçidlər