Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda İctimai Şuraya Seçki keçirildi

18 iyun 2021 | 16:00

18 iyun  2021-ci il tarixdə saat 11:00-dan 14:00-dək Yardımlı rayon Heydər Əliyev Mərkəzinin böyük iclas zalında İctimai Şuranın Seçki Komissiyasının müşahidəsi ilə Yardımlı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib.
Seçici kimi qeydə alınmış 15 təmsilçi səsvermədə iştirak edib.
Seçki yekunlaşdıqdan sonra Komissiya tərəfindən səsvermənin ümumi nəticələri açıqlanıb və seçki Protokolu tərtib olunub.
Seçkinin yekunlarına əsasən, seçkidə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış aşağıda adları qeyd edilən 7 nəfər İctimai Şuranın tərkibini formalaşdırıb:
1. Mustafayev Mehrali Ağaxan oğlu - Yardımlı Ziyalıları İB nümayəndəsi
2. Ağayev Asif Hüsən oğlu -  Yardımlı Ağsaqqallar Şurasının nümayəndəsi
3. Zeynalov Vaqif Mirzəbala oğlu -  Şəhid ailəsi, öz təşəbbüsü
4. Sadiyev İman Xansuvar oğlu - Yardımlı rayonu Bozayran bələdiyyəsi 
                                                          məhəllə komitəsinin nümayəndəsi
5. Nəzərli Elmir Rövşən oğlu - Gənclərin inkişafı və Karyera mərkəzi MMC
6. Bədirov Çingiz Məmməd oğlu - Azərbaycan Qarabağ müharibəsi 
                                                           əlilləri,veteranları və şəhid ailələri İB
                                                           Yardımlı rayon filialının sədri
7. Əkbərov Azər Məmmədağa oğlu -   ATİHİ Yardımlı RK sədri
Seçki komissiyası tərəfindən seçkilərin nəticələrinə dair protokol tərtib olunduğu gündən 20 (iyirmi) gün müddətində ilk iclasını keçirməklə ictimai şura fəaliyyətə başlayır.

 

Keçidlər