Martın 19-də Yardımlı rayon Mədəniyyət və İstirahət parkında Novruz bayramına həsr olunmuş şənlik keçirildi.
Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov tədbir iştirakçılarını və rayon əhalisini bayram münasibəti ilə təbrik edərək, bildirdi ki, bu gün ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu icrasının nəticəsidir ki, Azərbaycan dinamik inkişaf edərək dünyaya inteqrasiya olunur, regionlarımız sürətlə inkişaf edir, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
Sonra Kosa və Keçəlin yumoristik səhnələri və Novruz hədiyyələrini verilməsi, oyunbazların göstərdiyi oyunlar, idmançılarımızın meydanda öz idman növlərini təqdim etmələri, və yumurta döyüşləri şənliyə xüsusi rəng qatdı.
Novruz bayramı münasibətilə rayonda yaşayan aztəminatlı ailələri, şəhid ailələrinin üzvlərini, müharibə veteranlarını və kimsəsizlər bayram sovqatı paylanıldı.