Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq maarifləndirmə işləri aparılır

03 sentyabr 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsi vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə  Yardımlı rayonu ərazisində reydlər davam etdirilir. Rayon icra hakimiyyətinin və rayon polis şöbəsinin  əməkdaşlarından ibarət  mobil qrup üzvləri əhalinin sıx olduğu qapalı məkanlarda, ticarət və digər obyektlərdə keçirdiyi növbəti reyd zamanı sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etmənin vacibliyi barədə geniş maarifləndirmə işləri aparmış və koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunmağın vacibliyini bir daha izah etmişlər.

Keçidlər