Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni dərs ilinin başlanılması ilə əlaqədar Yardımlı rayon Ümumi təhsil müəssisələrində dezinfeksiya tədbirləri davam etdirilir.

17 sentyabr 2021 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Yardımlı rayonunda Ümumi təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Bununla bağlı məktəblərdə bütün hazırlıq işləri aparılıb. Sinif otaqları, karantin otaqları, dəhlizlər, qapı və pəncərələr, sanitar qovşaqlar təmizlənərək, lazımi avadanlıqlarla təhciz olunub, şagird və müəllimlərin qəbulu üçün hazır vəziyyətə gətirilib.
    Bu gün isə Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən 4 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir.

Keçidlər