Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda Anım günü ilə bağlı tədbir keçirilmişdir.

27 sentyabr 2021 | 16:00

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, şəhid ailələri, qazilər, müəssisə, təşkilatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə tər qərənfillər düzülüb, ruhlarına dualar oxunub.
     RİH başçısı Ayaz Əsgərov çıxış edərək Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu, xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu xüsusi vurğulayıb. Bu gün Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid ailələri hərtərəfli qayğı ilə əhatə olunublar. RİH başçısı qeyd edib ki, 27 sentyabr 2020-ci il tarixdən başlayan və 44 gün davam edən Vətən müharibəsində Yardımlı rayonunun da igid oğulları  qəhrəmancasına vuruşaraq ölümün gözünə dik baxdılar. Torpaqlarımızın yağı düşməndən azad olunması üçün mənfur düşmənin üzərinə yürüyərək vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızın qanının yerdə qalmadığı, intiqamlarının döyüş meydanında alındığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunduğu, xalqımıza qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman minnətdarlıqla anılacağını vurğulayıb.

 

Keçidlər