Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rzalı Əli Nuru oğlunun xatirəsi ehtiramla anıldı və xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı oldu.

01 oktyabr 2021 | 16:00

01 oktyabr 2021-ci il tarixdə rayonun Bilnə kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Rzalı Əli Nuru oğlunun il mərasimi keçirilib və xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı,  hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri  tərəfindən məzarı ziyarət edilib üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. RİH başçısı Ayaz Əsgərov çıxış edərək 44 günlük müharibədə iştirak edərək şücaət göstərmiş, qəhramanlıqla həlak olmuş və ya sağlamlığını itirmiş hər bir vətəndaşın daim dövlət qayğısı ilə əhatə olunduğunu və bundan sonra da olunacağını bildirmişdir. 

Əli Rzalı 17 aprel 2002-ci ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olmuşdur. 5 may 2020-ci ildə həqiqi hərbi xidmətə çağrılmış, Vətən Müharibəsində iştirak etmiş və Murov dağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, “Şücaətə görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunmuşdur. 

 

Keçidlər