Şriftin ölçüsü :

Saytın rəngi :

Elmir Zamin oğlu Məmiyevin Şəhid olduğu gündən 1 il ötür.

03 oktyabr 2021 | 16:00

03 oktyabr 2021-ci il tarixdə rayonun Kürəkçi kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Məmiyev Elmir Zamin oğlunun il mərasimləri keçirilib. Qəhrəman şəhidimizin anım mərasimlərində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri  tərəfindən məzarı ziyarət edilib üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. RİH başçısı Ayaz Əsgərov çıxış edərək bildirmişdir ki, 44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərimiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Bu gün Vətən torpaqları tam olsun deyə Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən nur üzlü Şəhidimizin anım günüdür! Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Elmir Məmiyev 22 dekabr 2001-ci ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmış, Vətən Müharibəsində iştirak etmiş və Ağdam rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

Keçidlər