Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCAN QADINLARININ IV QURULTAYINA HAZIRLIQ ÇƏRÇİVƏSİNDƏ YARDIMLI QADINLARININ KONFRANSI KEÇİRİLDİ

05 aprel 2013 | 15:00

04 aprel    2013-ci il tarixdə saat 16:00-da RİH-nin Akt zalında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Yardımlı rayon İcra Hakimiyyəti  ilə birgə Azərbaycan Qadınlarının IV Qurultayına hazırlıq mərhələsində Yardımlı Rayon Qadınlarının Konfransı  keçirildi.
Konfransı giriş sözü ilə açan Yardımlı Rayon  İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov  bildirdi ki, tariximizin müxtəlif mərhələlərində Azərbaycan qadınları daim fəal olmuşlar. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək: “Azərbaycan qadını hər zaman milli iftixara çevrilən işlər görmüşdür”. Qadınlarımız həmişə diqqət mərkəzində olmuşdur. Xüsusilə Ümummilli Liderimiz respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan qadınına yüksək qiymət vermişdir. Dövlət işlərində, hakimiyyət orqanlarında, dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında, sahibkarlıq sahəsində qadınlarımızın rolu əvəzsizdir.
İcra başçısı həmçinin rayonumuzda qadınların rolundan danışaraq onların Yardımlıda  aparılan genişmiqyaslı yenidənqurma, abadlıq və quruculuq işlərində fəallığını qeyd etdi, bu il keçiriləcək növbəti prezident seçkilərində onların həmişəki kimi yenə də fəallıq göstərərək dövlət başçısı İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəyinə inamını ifadə etdi.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edərək  qeyd etdi ki, biz qadınlar Ulu Öndər Heydər Əliyevin ideyalarının davamçılarıyıq. Ümummilli Liderimiz Azərbaycanımızı bizə qaytardı, dövlətçiliyimiz bərpa olundu və hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edir. Biz qadınlar hamılıqla dövlətçiliyimizi qorumalı və bu istiqamətdə öz töhfələrimizi əsirgəməməliyik.
S.Qəhrəmanova çıxışında həmçinin qadın hüquqlarından, onların cəmiyyətdə, ictimai-siyasi proseslərdə rolundan danışdı, gender bərabərliyi məsələlərindən, dövlət-qadın siyasətindən bəhs etdi, builki Prezident seçkilərində qadınların fəallıq göstərərək Heydər Əliyev siyasi kursunun davamına səs verəcəyinə əminliyini ifadə etdi.

Keçidlər