Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Amal Alişanlının və Zahid Zairlinin xatirəsi ehtiramla anıldı.

08 oktyabr 2021 | 16:00

Oktyabrın 8-də Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanınadək döyüşərək əsl qəhrəmanlıq nümunəsi göstərən Şəhidlərimizdən Alişanlı Amal Seyfəddin oğlunun və Zairli Zahid Azad oğlunun il mərasimləri keçirildi. Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı,  hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri  tərəfindən məzarları ziyarət edilib üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. RİH başçısı Ayaz Əsgərov çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının igidliyini və əyilməz ruhunu nümayiş etdirdi. Düşmənin təxribatı nəticəsində sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək ermənistan silahlı qüvvələrini diz çökdürdü. Müzəffər ordumuzun müharibədə gücünü və peşəkarlığını görmək hamımıza nəsib oldu. Lakin müharibə itkisiz, şəhidsiz olmur və bu müharibə də şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə edildi. Allahdan bütün Şəhidimizə rəhmət diləyən RİH başçısı şəhidlərin ailəsinə səbr arzu edərək təsəlli verib.

Alişanlı Amal 11 fevral 2001-ci ildə Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olmuşdur. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsində iştirak etmiş, Füzuli və Cəbrayıl isiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, “Şücaətə görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Zairli Zahid 10 may 2000-ci ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olmuşdur. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsində iştirak etmiş və Cəbrayıl rayonu isiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

Keçidlər