Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda Vətən müharibəsi şəhidi Səfərov Saleh İrzəxan oğlunun il dönümü qeyd olunub

11 oktyabr 2021 | 16:00

Oktyabrın 11-də Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanınadək döyüşərək əsl qəhrəmanlıq nümunəsi göstərən Şəhidimiz Səfərov Saleh İrzəxan oğlunun il mərasimi keçirildi. Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri  tərəfindən məzarı ziyarət edilib üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. RİH başçısı Ayaz Əsgərov çıxış edərək  Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının igidliyini və əyilməz ruhunu nümayiş etdirdiyini bildirmişdir. Torpaqlarımızın  azad olunması üçün mənfur düşmənin üzərinə yeriyərək vətənin müdafiəsi uğrunda canından, qanından keçən qəhrəmanlarımızın qanının yerdə qalmadığı, intiqamlarının döyüş meydanında alındığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunduğu, xalqımıza qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman minnətdarlıqla anılacağını vurğulayıb.

Səfərov Saleh 31 avqust 1983-cü ildə Yardımlı rayonunun Ünəç kəndində anadan olmuşdur. 2001-ci ildə   hərbi xidmətə çağırılmış və xidmətin  başa vurduqdan sonra, 2014-cü ildə müddətdən artıq xidmət etməyə başlamışdır. Vətən Müharibəsində iştirak etmiş və 30 sentyabr Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə”  və  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər