Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində qəhrəmancasına döyüşən Sahratov Cavid Əlikömək oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür.

18 oktyabr 2021 | 16:00

Oktyabrın 18-də Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanınadək döyüşərək əsl qəhrəmanlıq nümunəsi göstərən Şəhidimiz Sahratov Cavid Əlikömək oğlunun il mərasimi keçirildi. Mərasimdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri iştirak edib. Şəhidimiz Cavid Sahratovun anım günündə onun məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dualar oxunmuş, ruhu böyük ehtiramla yad edilmişdir. Bizə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın həsrətini çəkdiyimiz Vətən torpaqlarının geri qaytarılması sevincini bəxş edən Cavid kimi Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onlar əsrlər keçsə də unudulmayacaqlar.

Cavid Sahratov 23 dekabr 1981-ci ildə Yardımlı rayonunun Əsədəbad kəndində anadan olmuşdur. 2000-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 2005-ci ildən gizir rütbəsi ilə tank komandiri vəzifəsində hərbi xidmətin davam etdirmiş, xidmətdə olduğu müddətdə qüsursuz xidmətinə görə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubileyi”, “Azərbaycan Ordusunun 95 illiyi (1918-2013) Azərbaycan Respublikasının yubileyi”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubileyi”, “Qüsursuz xidmətinə görə 2-ci dərəcəli” medalları ilə təltif olunmuşdur. Vətən Müharibəsində iştirak etmiş və 9 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər