Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Tural Aslanov, Elməddin Talıbov və Rasim Rufullayevun xatirəsi ehtiramla anıldı.
Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri tərəfindən məzarları ziyarət edilib üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. RİH başçısı Ayaz Əsgərov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətdən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı.
Tural Elşən oğlu Aslanov 1992-ci il iyunun 5-də Yardımlı rayonunun Çay Üzü kəndində anadan olub. 2013-cü ildə Hərbi Xidmətə çağrılmış və xidmət etdiyi müddətdə leytenant rütbəsi almış, 2015-ci ildə müqavilə müddəti bitdiyi üçün tərxis olmuşdur. Vətən Müharibəsində iştirak etmiş Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar “3 dərəcəli Vətənə Xidmətə görə ordeni”, “Vətən Uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Elməddin Məmməd oğlu Talıbov 1998-ci il sentyabrın 26-da Yardımlı rayonunun Şıxlar kəndində anadan olub. Vətən Müharibəsində iştirak etmiş və Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar “ Vətən Uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və“Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Rasim Yadigar oğlu Rufullayev 1997-ci il avqustun 31-də Yardımlı rayonunun Zevin kəndində anadan olub. 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Rasim Rufullayevdir. O, həqiqi hərbi xidmətin başa vurduqdan bir müddət sonra 2020-ci ildə yenidən hərbiyə qayıdaraq Xüsusi Təyinatlı Qüvvələrdə müddətdən artıq xidmət etməyə başlamış və Vətən Müharibəsində iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.