Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan Şamil Mirzəyevin və Siruz Şirbəylinin anım günü qeyd olunub.

11 noyabr 2021 | 16:00

Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri  tərəfindən məzarları ziyarət edilib üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. RİH başçısı Ayaz Əsgərov 30 illik işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışaraq bildirmişdir ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir. 

Şamil Afiq oğlu Mirzəyev 1996-cı il martın 2-də Yardımlı şəhərində anadan olub. 2014-cü ilin aprelində hərbi xidmətə çağırılmış və 2015-ci ilin oktyabrında hərbi xidməti başa vurmuşdur. Vətən Müharibəsinndə iştirak etmiş və Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar  “Vətən Uğrunda“, "Cəsur döyüşçü", “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Siruz Hamil oğlu Şirbəyli 1996-cı il fevralın 20-də Yardımlı rayonunun Zevin kəndində anadan olub. 2017-ci ildə həqiqi xidmətə yollanmış və xidmətin başa vurduqdan sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrdə müddətdən artıq hərbiçi kimi xidmətin davam etdirmişdir. Vətən Müharibəsində iştirak etmiş və Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar “Vətən Uğrunda”, "Xocavəndin azad olunmasına görə"   və  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər