Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Sadiq Feyziyev və Elşən Sultanlının xatirəsi ehtiramla anıldı.

18 noyabr 2021 | 16:00

 Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatın məsul əməkdaşları və KİV nümayəndələri  tərəfindən məzarları ziyarət edilib üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. RİH başçısı Ayaz Əsgərov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətdən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı.
   Feyziyev Sadiq Tahir  oğlu 01 sentyabr 1993-cü ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub. 2013-cü ildə hərbi xidmətə gizir (feldşer) kimi  başlamışdır. Xidmət etdiyi müddətdə “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018)” Azərbaycan Respublikasının yubileyi medalı təltif olunmuşdur. Vətən Müharibəsində iştirak etmiş və  Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, “Cəsur döyüşçü”  və  “Suqovuşanın azad olunmasına görə“  medalları ilə təltif olunmuşdur.
Sultanlı Elşən Nazim  oğlu 15 fevral 2001-ci ildə Yardımlı rayonunun Teşkan kəndində anadan olub. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsində iştirak etmiş və Suqovuşan-Ağdərə istiqamətində 530–cu yüksəklik uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra  “Vətən Uğrunda”, “Cəsur döyüşçü” ,“ Suqovuşanın azad olunmasına görə“ və  ”Vətən müharibəsi iştirakçısı”  medalları ilə təltif olunmuşdur.

 

Keçidlər