Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.

22 dekabr 2021 | 16:00

22.12.2021 ci il tarixdə Yardımlı rayonunun Mədəniyyət sarayında YAP Yardımlı rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.
Geniş məruzə ilə çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu demokratik siyasi fəaliyyətindən, son 18 ildə Azərbaycanın dinamik və davamlı inkişaf tarixindən, xalqın xoşbəxt və firavan həyatını təmin edən bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə həyata keçirilmiş islahatlardan söz açıb.
Bildirib ki, Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri və üzərinə götürdüyü öhdəlikləri əhatəli şəkildə yerinə yetirən dünya tarixinin nadir liderlərindən biridir: “Bu 18 ildə Azərbaycanda bütün istiqamətlərdə sürətli inkişafa nail olunub, ölkədə tam sabitlik, əmin-amanlıq bərqərar olub, əhalinin sosial vəziyyəti daha da yaxşılaşıb, həyata keçirilmiş düzgün və dəqiq islahatlarla ölkənin siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq nüfuzu artıb
Ümummilli lider Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu 18 ildir ki, şərəf və ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan daha parlaq gələcəyə doğru inamla addımlayır”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Musa Qasımlı, RİH başçısının müavini Əfsanə Məmmədova və başqaları Prezident İlham Əliyevin dövləti idarə etmək məharətindən, şəxsi keyfiyyətlərindən, qəbul etdiyi bütün qərarlarda milli maraqlarımızı əsas tutmasından, xalqa misilsiz xidmətlərindən bəhs ediblər.

Keçidlər