Yardımlıda payızlıq bitkilərin əkini başa çatıb
Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, əkin aparılmış sahələri dən üçün payızlıq bitkilər təşkil edib. Bunun 3157 hektarını buğda, 299 hektarını isə arpa sahələri təşkil edir. Payızlıq əkin sahəsinin 237 hektarında əkin kənd təsərrüfatı yönümlü müəssisələr tərəfindən yerinə yetirilib. Ən çox buğda səpini rayonun Zevin (350 ha), Ərus (315 ha), Ərsilə (240 ha), Aşağı Astanlı (230 ha), Yolocaq (220 ha) inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əhali təsərrüfatları tərəfindən həyata keçirilib. Yardımlı rayonunda səpin zamanı ərzaqlıq buğdanın payı 30 faiz təşkil edib. Bu, rayonun nisbətən dağlıq olmayan ərazisindəki əhali təsərrüfatları tərəfindən aparılmış əkin sahələrində qeydə alınıb.
Qeyd edək ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə Yardımlı rayonunda dən üçün payızlıq bitkilərin səpin sahəsi 0,1, o cümlədən buğdanın səpin sahəsi 2,1, arpanın səpin sahəsi 24,5 faiz artıb.