Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə “Sağlam gələcək naminə narkotiklərə yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə “Sağlam gələcək naminə narkotiklərə yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən Yardımlı RPŞ-nin rəisi, polis polkovniki Arif Babayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən bəhs edib. Bildirib ki, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Belə görüşlərin keçirilməsində əsas məqsəd də məhz yeniyetmə və gəncləri narkomaniyanın digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirməkdən ibarətdir.
Sonra çıxış edən Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları bu cür maarifləndirici tədbirlərin keçirilməsini yüksək qiymətləndirib, şagirdləri belə həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar. Sonda tədbir iştirakçıları narkotik vasitələrin cəmiyyətə və insan orqanizminə vurduğu zərərli təsirləri əks etdirən videoçarxı izləyiblər.