Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müaribəsi Şəhidlərinin adının əbədiləşdirilməsi məqsədilə Çay Üzü kəndinin mərkəzində ucaldılmış bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib.

20 yanvar 2022 | 16:00

Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən açılış tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov,  hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri şəhid ailələri və qazilər iştirak ediblər.
Bulaq-abidə kompleksinin açılış mərasimində RİH başçısı Ayaz Əsgərov çıxış edərək bildirmişdir ki, “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirərək, zəfər çaldı və qələbə sevincini Azərbaycan xalqına yaşatdı. Böyük qələbənin qazanılmasında, torpaqlarımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazan şəhidlərimizi boya başa çatdıran valideynlərin dərdi dərin olsa da, qürur hissləri də böyükdür. Bu hissləri onlara bəxş edən vətən sevgisi, torpaq təəssübkeşliyi, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısıdır”.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin daim yaddaşlarda yaşayacağını vurğulayan RİH başçısı Ayaz Əsgərov Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləmişdir. O, bildirmişdir ki, Şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaqdır.

 

Keçidlər