Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Yardımlı rayon təşkilatına yeni təyin olunmuş sədrin rayon ictimaiyyətinin nümayəndələrinə təqdimatı ilə bağlı tədbir keçirilib.

11 fevral 2022 | 16:00

11 fevral 2022-ci il tarixdə Yardımlı Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyasının Yardımlı rayon təşkilatının yeni təyin olunmuş sədrinin rayon ictimaiyyətinin nümayəndələrinə təqdimatı ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən RİH başçısı Ayaz Əsgərov Azərbaycanın ötən dövr ərzində möhtəşəm nailiyyətlərə imza atdığını, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələri sırasına qoşulduğunu, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin bütün Azərbaycan xalqına baş ucalığı gətirdiyini, öləkəmizin iqtisadi-siyasi qüdrətini daha da gücləndirmək üçün qarşıda yeni öhdəlik və vəzifələrin dayandığını qeyd edib və YAP Yardımlı Rayon Təşkilatının sədri Alışov Anar Xalığ oğlunu təşkilat sədri kimi partiya üzvlərinə təqdim edib.
Anar Alışov çıxışında ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali baş Komandan İlham Əliyevə öz dərin minnətdarlığını bildirərək bu etimadı doğruldacağına söz verib.
Digər çıxış edənlər, təşkilatın sədri Anar Alışovu təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıblar.

Keçidlər