Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "XX əsrin faciəsi" mövzusunda tədbir keçirilib.

09 fevral 2022 | 16:00

Tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə və mərkəzin əməkdaşı Elşən Abışov mövzu ilə bağlı çıxış ediblər.
Çıxış edənlər Xocalı faciəsinin başvermə səbəbləri və ermənilərin uzun tarixi dövr ərzində ölkəmizə qarşı olan ərazi iddiaları barədə danışaraq, erməni cinayətkarları tərəfindən etnik azərbaycanlı əhaliyə qarşı dəhşətli cinayət aktlarının törədilməsi və Xocalı şəhərinin müdafiəsində qəhrəmanlıq göstərərək minlərlə soydaşımızı əsirlikdən xilas etmiş Milli qəhrəmanlarımız barədə bir sıra tarixi faktları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş sərgi və dahi şəxsiyyət Heydər Əliyevin zəngin irsini əks etdirən eksponatlarla tanış olublar.

Keçidlər