Yardımlıda Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbir keçirildi.
Yardımlı şəhər 4 saylı tam orta məktəbdə Yardımlı Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin və Gənclərin Karyera İnkişaf Mərkəzinin Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbir keçirildi.
İlk öncə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər erməni millətçiləri tərəfindən 200 ildən artıq müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırım, təcavüzkarlıq siyasəti haqqında danışılıb və Xocalı soyqırımının bu qanlı siyasətin davamı olması bir daha vurğulanıb.
Sonda gənclərə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası haqqında ətraflı məlumat verilərək onları sosial şəbəkələrdə bu kampaniyada aktif şəkildə iştirak etmələri bildirilib.