Yardımlıda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir keçirildi.
Yardımlıda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. İştirakçılar əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin əziz xatirələrinə dərin ehtiramlarını bildirib və önünə gül-çiçək dəstələri düzüblər. Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək Xocalı soyqırımının 30-cu ildönümünün rayonumuzda silsilə tədbirlərlə qeyd edildiyini, keçirilən tədbirlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin gənc nəslə çatdırıldığını bildirib və Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini qeyd edib, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıldığını, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib.