Yardımlı rayonunda 11-ci sinif şagirdlərinin yekun attestasiyası keçirilib
13 mart 2022 | 16:00
Martın 13-də Dövlət İmtahan Mərkəzi tərəfindən Yardımlı rayonunda yerləşən ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün yekun attestasiyası keçirilib. Pandemiya şəraitinin tələblərinə uyğun olaraq keçirilən imtahan Şəhər 1, Şəhər 2 və Şəhər 4 saylı tam orta məktəblərdə təşkil olunub və imtahanda ümumilikdə 509 nəfər şagird iştirak edib.
İmtahan mövcud təlimata uyğun aparılıb və heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda başa çatıb.