Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərinə həsr olunmuş qanvermə aksiyası keçirilmişdir.

30 aprel 2013 | 15:00

2013-cü il aprelin 29-da Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərinə həsr olunmuş qanvermə aksiyası keçirilmişdir.
Rayonda keçirilən humanitar tədbirdə Mərkəzi Qan Bankının əməkdaşlarından ibarət həkim briqadası 135 nəfərdən qan götürmüşdür.
Aksiyanın məqsədi toplanan qanın talassemiyalı, hemofiliyalı xəstələrə, doğuş zamanı çoxlu qan itirən hamilə qadınlara, eləcə də bədbəxt hadisələr zamanı ehtiyacı olan xəstələrə köçürməkdir. Əldə olunan qan ehtiyatı Bakı şəhərində müayinə olunduqdan sonra Mərkəzi Qan Bankına təhvil veriləcəkdir.

Keçidlər