Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov növbəti səyyar qəbulu Pirembel kənd sakinləri ilə keçirdi.

30 mart 2022 | 16:00

30 mart 2022-ci il tarixdə Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərovun növbəti səyyar qəbulu Pirembel kəndində keçirilmişdir. Qəbulda hüquq-mühafizə orqanlarının, idarə müəssisə  və təşkilat rəhbərləri, kənd sakinləri, KİV-nin nümayəndələri  iştirak etmişdir.
RİH başçısı Ayaz Əsgərov kənd əhalisini salamlamış və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı düşmən tapdağından azad etdiyini, Vətən Müharibəsində tarix yazan qəhrəman  əsgər və zabitlərimizin Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdiyini bildirmişdir. Sonra son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermişdir. Bildirmişdir  ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. A.Əsgərov diqqətə çatdırmışdır ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin artırılması dövlətimizin siyasətində önəmli yer tutur. Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl işlər görülüb.
Qəbul zamanı vətəndaşlar tərəfindən kəndə təbii qaz xəttinin çəkilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsi, rabitə xətt təsərrüfatının yenilənməsi, Deman kəndi ərazisində sərhəd keçid məntəqəsinin açılması və digər  məsələlər qaldırılmışdır. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  imzaladığı fərman və sərəncamlarla vətəndaşlarımızın sosial rifahının daima yaxşılaşdırlmasını, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş və ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər