Şriftin ölçüsü :

Saytın rəngi :

YARDIMLIDA POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNDU

03 iyul 2013 | 15:00

  02 iyul 2013-cü il tarixdə saat 11:00-da Polis işçilərinin peşə bayramı münasibətilə Nizami adına kinoteatrda tədbir keçirildi. Tədbirdə RİH-nümayəndələri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyəti   iştirak etdi. Tədbirdə RİH başçısı  Sevindik Hətəmov təbrik nitqində bildirdi ki, Azərbaycan polisinin keçdiyi 95 illik bu tarixi yol şərəfli yoldur, eyni zamanda bu günkü nəsil üçün örnək olan bir yoldur.

İcra başçısı həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan polisinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan, hazırda bu yolu möhtərəm Prezidentimiz İlham Əliyevin dönmədən inkişaf və davam etdirməsindən danışaraq qeyd etdi ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətləri danılmazdır. Natiq çıxışında qeyd etdi ki,  Yardımlıda  ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində Yardımlı  Rayon Polis Şöbəsinin şəxsi heyətinin rolunu xüsusi qeyd etdi. Tədbirin sonunda Polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup əməkdaşına Yardımlı RİH başçısının Fəxri fərmanları və  pul mükafatları təqdim olundu.

 

Keçidlər