Yardımlı rayonunda 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirildi
25 iyul 2013-cü il tarixdə saat 10:00-da 2013-cü ilin ikinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirildi.Tədbirə giriş sözlə başlayan rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov bildirdi ki, 2013-cü ilin altı ayı ərzində rayonda tikinti-abadlıq-quruculuq işləri daha da sürətlə həyata keçirilmişdir. Şəhərin girişindən başlayaraq uzunluğu 4 km olan yolun hər iki istiqamətində müasir zövqə uyğun istinad divarları hörülmüş, həmin istiqamətdə yollar genişləndirilmiş, piyada səkiləri tikilmiş, küçə işıqları quraşdırılmışdir. Hazırda işlər davam etdirilir. Eləcə də, şəhərin Heydər Əliyev, Ünəç, Daşkənd, Nizami, küçələrində tikinti-abadlıq və yolların təmiri işləri, Masallı-Yardımlı avtomobil yolunun Sırıq kəndindən keçən hissəsində 1 km məsafədə küçə işıqlarının quraşdırılması həyata keçirilmiş, Çayüzü kəndində küçə işıqlarının quraşdırılması məqsədilə 10 ədəd dayaq verilmiş, 1941\45-ci il BVM-də həlak olmuş həmyerlilərimizin xatərəsinə ucaldılmış abidə kompleksi üçün təmir matrialları hazırlanmışdır.
2013-cü ilin altı ayı ərzində rayon üzrə 37,4 milyon manatlıq ümumi məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,1 % çoxdur. Adambaşına düşən məhsul istehsalı 2003-cü illə müqayisədə 6,5 dəfə artaraq 604 manat olmuşdur. Bu müddətdə 313 min 700 manatlıq sənaye, 8 milyon 646 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, əhaliyə 21 milyon 635 min manatlıq ticarət, 565 min 600 manatlıq nəqliyyat, 126 min 700 manatlıq rabitə xidməti göstərilmişdir.
Daxili imkanlar hesabına inşa olunanan YAP Yardımlı rayon təşkilatının inzibati binası açılışa hazırdır. Rayon Polis şöbəsi üçün inşa olunan inzibati binada tikinti işləri sürətlə davam etdirilir. Rayon Statistika idarəsinin inşa olunmuş inzibati binası istifadəyə verilmiş, mədəniyyət və istirahət parkındakı fəvvarə yenidən müasir zövqə uyğun olaraq yenidən qurulmuş, “Şəhidlər xiyabanı” abidə kompleksi əsaslı təmir olunmuşdur.
1 ha sahədə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəz və Prak artıq yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Mərkəz iki mərtəbəli olmaqla 760 m2-dir. Mərkəzdə 15 nəfərlik konfrans zalı, vertual sinif, muzey, 3D kino zalı, xarici dil kursu, ədəbiyyat dərnəyi, intellektual oyun otağı, kompüter otağı, fotostudya, poloqrafiya emelatxanası, xalq sənətkarlıq studyası, 27 nəfərlik zal, rəsm və dizayn dərnəyi və müdir otağı mövcuddur. Ulu Öndərin nəsillərə nümunə olacaq zəngin dövlətçilik irsinin ziyarətçilərə çatdırılması üçün hər cür şərait yaradılmışdır.
Parkın sahəsi 9000 m2-dir. Parkda müasir üslubda üç fəvvarə, 6000 m2 yaşıllaşma zonası, suvarma və işıqlandırma sistemi quraşdırılmışdır. Parkda 35 növ dekoratav ağac əkilmişdir.
Nəzərinizə çatdırım ki, rayonumuzun sürətli inkişafı bir sıra sahələrlə yanaşı sənayenin inkişafı üçün münbit şərait yaranmışdır. Rayonda istər şəxsi təsərrüfatlarda, istərsə də bələdiyyə mülkiyyətlərində olan meyvə bağları sahələrində yetişdirilmiş məhsulu satmaq üçün emal müəssisəsi olmadığından rayon əhalisi çətinlik qarşısında qalırdı. Əhali ilə görüşlərdə qaldırılmış bu məsələnin həlli ilə əlaqədar aidiyyatı dövlət qurumları qarşısında məsələ qaldırılaraq həllinə nail olunmuşdur. Hazırda, rayonda mədəni, cır meyvələrin tədarükü və emalı ilə məşğul olan yeni Limonad, su, kompot və mürəbbə sexi tikilir ki, bu sənaye müəssisəsinin istifadəyə verilməsi əhalinin məşğulluğunu artıracaq, yeni iş yerlərinin yaradılması istiqamətində əhəmiyyətli rol oynayacaqdır. Sex 1 saat ərzində 1500 ədəd limonad, 2000 ədəd meyvə şirəsinin istehsalı gücünə malikdir. Eyni zamanda, sexdə qazlı və qazsız su istehsal olunacaqdır. Meyvələrin qəbulu üçün qəbul məntəqəsi yaradılmışdır ki, burada gün ərzində 10 ton meyvə qəbul etmək mümkündür. 2013-cü ilin aprel ayında inşaasına başlanmış ümumi sahəsi 9000 m2, tikinti sahəsi 1100 m 2 olan sexdə hazırda tikinti işləri sürətlə davam etdirilir.
Rayonda idamanın kompleks inkişafı, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları müasir Olimpiya idman kompleksinin tikintisi üçün sərəncam vermiş, layihələndirmə işləri rayon icra hakimiyyəti ilə razılaşdırılmışdır. Bundan əlavə, rayonda cüdo və güləş “idman zalının” və “Gənclər evi”nin tikintisi üçün torpaq sahəsi ayrılmış və zəruri sənədlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə göndərilmişdir.
Yardımlı şəhərinin və eləcə də digər yaşayış məntəqələrinin 24 saat içməli su ilə təmin olunması daim rayon icra hakimiyyətinin diqqətində saxlanılmışdır. Artıq bu istiqamətdə Yardımlı şəhərinə su və kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. Hazara kimi, 12,5 km su və 4,2 km kanalizasiya xətti çəkilmişdir. Yəni su çəkilişi üzrə ümumi işin 21%-i, kanalizasiya çəkilişi üzrə işin 8%-i icra olunmuşdur. Kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi də mühüm məsələ kimi daim diqqətdə saxlanılmışdır. Belə ki, əhalisinin sayı 12 min nəfər olan 18 kəndin içməli su tələbatının təmini məqsədilə “Sineyir” adlanan ərazidən həmin kəndlərə işməli su çəkilişi məsələsi müsbət həll olunmuş, layihələndirmə işləri aparılmış və yaxın günlərdə tikintiyə başlanılacaqdır.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə rayon elektrik şəbəkəsi Yeni\Yardımlı, Ərus və Sığnə yarımstansiyalarında və onlardan qidalanan xətlərdə təmir işləri aparmışdır. Ötən dövrdə sıradan çıxmış 9 ədəd transformator yenisi ilə əvəz olunmişdir. Sığnə Yarımstansiyasında zədələnmiş 1600 KVA transformator yenisi ilə əvəz olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev 2013-cü ilin sonuna qədər respublikada qazlaşmanın səviyyəsinin 95 faizə çatdırılmasını xüsusi tələb kimi qarşıya qoymuşdur. Rayonumuzda 2013-cü ilin 6 ayı ərzində təbii qaz abonentlərinin sayının artırılması ilə müşayət olundu. Belə ki, 42 abonenti olan Bilnə kəndinə, 280 abonenti olan Bozayran kəndinə təbii qaz verildi ki, bununla da təbii qaz istehlakçılarının sayı əhali sektoru üzrə 1557, qeyri əhali sektoru üzrə 14-ə çatdırıldı. 90 abonenti olan Yardımlı şəhərinin Ünəç küçəsində qazlaşma işləri başa çatdırılmış, abonentlərinin sayı ümumilkdə 382 olan şəhərin Daşkənd küçəsinə, Qabaqdibi və Mişkireyn kənd yaşayış məntəqələrinə qaz çəkilişi davam etdirilir. Hazırda rayonun, 8 yaşayış məntəqəsi təbii qazdan istifadə edir. Belə ki, Yardımlı şəhəri 68%), Urakəran kəndi 37%, Qabaqdibi kəndi 8%, Köryədi kəndi 39%, Əngövül kəndi 100%, Bilnə kəndi 100%, Bozayran kəndi 100%, Sırıq kəndi 100% təbii qazla təmin olunmuşdur.
Rayonda yolların təmiri, yeni yolların və avtomobil körpülərinin tikintisi daim rayon icra hakimiyyətinin nəzarətində saxlanılmış və bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülmüşdür. Daxili imkanlar hesabına uzunluğu 3 km olan Ostayir avtomobil yolu, tamamilə torpaq örtüklü, uzunluğu 1 km olan Əfçədulan və uzunluğu 2 km olan Hamarkənd-Abasabad avtomobil yolu çınqıl örtüklə təmir olunmuş, Bozayran-Bürüznübül kəndləri arasında mövcud suötürücü qurğunun yağış suları nəticəsində sıradan çıxmış hissəsi tam pərpa edilmiş və əhalinin rahat gəliş- gedişi təmin olunmuşdur.
Uzun illər Sırıq və Horavar kəndləri arasında Viləş çayı üzərində körpünün tikintisi nəzərdə tutulsa da, körpünün quraşdırılması mümkün olmamışdı. Lakin rayon icra hakimiyyətinin daxili imkanları hesabına bu iki kənd arasında yük götürmə qabiliyyəti 30 ton olan körpü inşa olunaraq əhalinin istifadəsinə verilmişdir. Hansı ki, bu körpü 7 yayayış məntəqəsi üzrə 6000-ə yaxın əhalinin istifadəsindədir. Bu körpünün xidmətindən qonşu Lerik rayonunun da bir çox kəndinin sakinləri istifadə edirlər.
Şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev küçəsində 100 metrə yaxın yolun uçmuş hissəsi, Yardımlı-Deman avtomobil yolunun 1 km –də sıradan çıxmış suötürücü qurğu daxili imkanlar hesabına tez bir zamanda bərpa olunmuşdur.
Bildiyiniz kimi, Ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevin 21 fevral 2013-cü il tarixli sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdır. Bu sərəncam rayonumuzun bütün sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır. Hazırda, yolun 20 km hissəsinin 1-ci alt qat hissəsi asfaltlanmış, 2-ci üz qatının asfaltlaşması işləri davam etdirilir. İşlər yaxın vaxtlarda tam başa çatdırılacaqdır.
Ötən müddətdə rayonda sahibkarlığın inkişafına xüsusi diqqət yetirilmiş, onların fəaliyyəti üçün bütün lazımi şərait yaradılmışdır. 2013-cü ilin altı ayı ərzində 99 fiziki və 88 hüquqi şəxs sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmiş və bununla da rayon üzrə sahibkarlar subyektinin sayı 1483 olmuşdur. Bu dövrdə rayonda sahibkarlıq subyektləri tərəfindən 36,3 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da istehsal olunmuş ümumi məhsulun 97 faizini təşkil edir. Sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması, onların fəaliyyətinə yersiz müdaxilələrin aradan qaldırılması və belə müdaxilələrə yol verilməməsi hər zaman rayon icra hakimiyyətinin fəaliyyətində prioritet istiqamətlərdən olmuşdur.
Məhz bu qayğının nəticəsidir ki, şəhər və kəndlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artmışdır.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması Cənab Prezidentin tapşırığına uyğun olaraq, bu gün bütün kənd yaşayış məntəqələrimizə elektrik enerjisinin verilməsi 24 saata çatdırılmışdır. Məlumat üçün qeyd edim ki, Yardımlı-Masallı-Lerik 110 KV-luq yüksək gərginlikli hava elektrik xətti çəkilir, eyni zamanda, Ərus yarımstansiyası yenidən qurulur ki, bu da rayonumuzda dayanıqlı elektrik enerji verilişinə təminat verəcəkdir. Elektrik Şəbəkəsi üzrə ötən müddətdə istehlakçılara verilmiş 8 milyon 195 min 806 kvt\saat elektrik enerjisinin müqabilində 491 min 748 manat vəsait toplanmış və plan 73,53 % yerinə yetirilmişdir.
2003-2013-cü ilin altı ayı ərzində yeni müəssisələrin yaradılması hesabına rayon üzrə 4030 yeni iş yerləri açılmışdır ki, onlardan da 2873-ü daimi iş yerləridir. 2013-cü ilin altı ayında 187 yeni iş yeri yaradılmışdır.
Natiq məruzədə 2013-cü ilin sonrakı aylarında rayonun sosial-iqtisadi sahəsində qarşıda duran həlli vacib məsələləri diqqətə çatdırdı.