Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir

05 sentyabr 2013 | 15:00

 

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bina ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, ötən ilin mayında başlanan tikinti işləri bu ilin avqustunda başa çatdırılmışdır. Burada ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Büstün ətrafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılmışdır.

Məlumat verildi ki, inzibati bina 7 otaqdan və akt zalından ibarətdir. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanmışdır.

Qeyd edildi ki, 50 nəfərlik akt zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Burada əlavə kiçik iclas zalı da vardır.

Dövlətimizin başçısı inzibati binada yaradılmış şəraiti yüksək qiymətləndirdi.

Keçidlər