Şriftin ölçüsü :

Saytın rəngi :

Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamının 5.6-cı bəndinin icrası ilə əlaqədar olaraq “Açıq hökumət tərəfdaşlığı Hökumət–Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” çərçivəsində mütəmadi müzakirələrin keçirilməsi və Platformanın fəaliyyətinin dəstəklənməsi məqsədilə Dəyirmi masa keçirilib.

28 dekabr 2022 | 16:02

Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamının 5.6-cı bəndinin icrası ilə əlaqədar olaraq “Açıq hökumət tərəfdaşlığı Hökumət–Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” çərçivəsində mütəmadi müzakirələrin keçirilməsi və Platformanın fəaliyyətinin dəstəklənməsi məqsədilə  Yardımlı Rayon İcra Hakimiyyətində aidiyyəti nümayəndələrin iştirakı ilə “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da  Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova , Aparatın məsul əməkdaşları,  aidiyyəti nümayəndələr  iştirak ediblər. “Dəyirmi masa”nı giriş sözü ilə açan Əfsanə Məmmədova  şəffaflığın və hesabatlılığın artırılması, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəzarətin gücləndirilməsi sahəsində islahatların uğurla davam etdirildiyini, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində dövlət xidmətlərinin göstərilməsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsinin, dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılmasının, vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsinin vacibliyini qeyd edib.İctimai Şuranın  üzvü Mehralı Mustafa   ictimai şuraların fəaliyyətinin gücləndirilməsi və davamlılığının təmin edilməsi, rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi tədbirlərinin həyata keçirilməsinin vacib olduğunu qeyd edib.

Sonda iştirakçılar tərəfindən bu mövzuda müzakirələrin mütəmadi keçirilməsinin və Platformanın fəaliyyətinin dəstəklənməsinin vacibliyi vurğulanıb.  Əldə edilən naliyyətlər və mövcud çətinliklər, onların həlli yolları ilə bağlı müzakirələr aparılıb.

Keçidlər