Şriftin ölçüsü :

Saytın rəngi :

“Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsi çərçivəsində Yardımlı Rayon İcra Hakimiyyətində görüş keçirilib.

14 dekabr 2022 | 16:10

14 dekabr 2022-ci il tarixdə “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsi çərçivəsində Yardımlı Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Görüşdə RİH Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyev,  aidiyyəti idarə, müəssisə rəhbərləri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin məsul işçisi Cavid Qədimov, İqtisadiyyat Nazirliyinin Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov, layihənin koordinatoru Alma Bayrak, layihənin ekspertləri Vitold Sartorius, Mövlud Özen, İzabella Hacıyeva, Emil Səidov və Əhliman Qasımov iştirak ediblər.

Görüş zamanı layihənin icrası ilə bağlı rayonun inkişaf planının hazırlanması üzrə  keçiriləcək seminarlar barədə fikir mübadiləsi aparılıb, bu məqsədlə keçirilməsi planlaşdırılan təlimlərdə iştirak edəcək təşkilatların adları və iştirakçıların sayı müəyyənləşdirilib.

Keçidlər