Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.13, 5.3.10 və 5.5.2 bəndlərinin icrası ilə əlaqədar tədbir keçirilib.

27 fevral 2024 | 15:17

Azərbaycan Respublikası Prezidentinin  2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın  5.1.13 (Uşaqların zərərli informasiyadan qorunması üçün tədbirlərin gücləndirilməsi ) ,  5.3.10(Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması)  və 5.5.2 (Uşaqlara qarşı  bulinq halları, zorakılıq hallarının səbəbləri, miqyası, nəticələri və qarşısının alınması istiqamətində problemlərin öyrənilməsi) bəndlərinin icrası ilə əlaqədar Şəhər 4 nömrəli tam orta məktəbində Yardımlı RİH-nin, Lənkaran Astara Regional Təhsil idarəsinin Yardımlı rayon Sektorunun və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Rayon Polis Şöbəsinin rəisi Polis Polkovniki  Rauf Babaşov, Rayon təhsil sektorunun müdiri Kamal Təhməzov, ümumtəhsil məktəblərinin rəhbərləri və psixoloqları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

RİH başçısının müavini - ictimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova çıxış edərək bildirmişdir ki, Uşaqların həm fiziki, həm də psixi inkişafına nail olmaq müasir dövrün ən qlobal çağırışlarındandır. Uşaqlar cəmiyyətin, ailənin güzgüsüdür. Onlara öyrədilən davranış üsulları, təlim-tərbiyə metodları uşaqların inkişafına, hərəkətlərinə, düşüncələrinə təsir göstərir, şəxsiyyət kimi formalaşmalarını təmin edir. Bəzi hallarda uşaqlara düzgün münasibət göstərilmir və bu, bir çox fəsadlara gətirib çıxarır. Uşaqlara qarşı tətbiq edilən zorakılıq hərəkətləri onların normal inkişafına mane olur. Həmçinin uşaqlara qarşı zorakılıq yaradan səbəblər, zorakılığa məruz qalmış uşaqlara yardım, şiddətin heç bir növünün düzgün tərbiyə metodu olmadığı, əksinə, cəmiyyətə qarşı nifrətin başlanğıcı olması, zorakılığın uşaqlarda yaratdığı travmalar, psixoloji problemlər, eləcə də zorakılıq növlərindən biri olan bullinq, onun növləri və formaları haqqında geniş məlumat verilib.

Rayon Polis Şöbəsinin rəisi Polis Polkovniki  Rauf Babaşov, Rayon təhsil sektorunun müdiri Kamal Təhməzov çıxış edərək bildirmişlər ki, son zamanlar    təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Hadisələrin səbəblərini araşdıran zaman onların hansı səbəbdən baş verdiyini görmək lazımdır. Belə hadisələrin baş verməməsi  üçün əlimizdən gələni etməliyik. Uşaqlara izah olunmalıdır ki, onların etdiyi hər hansı bir səhv onlardan çox ailə üzvlərinin məhkumiyyətinə səbəb olur. Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib.

Keçidlər