Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın” 9.2.1.3 və 9.3.4.1-ci bəndlərinin icrası ilə bağlı dəyirmi masa keçirilib.
Dəyirmi masada RİH başçısının birinci müavini Azər Xamiyev, aparatın şöbə müdirləri, Yardımlı Su Meliorasiya Sistemlərinin İstismari idarəsinin baş mühəndisi Füzuli Babayev və bələdiyyə sədrləri iştirak ediblər.
Çıxış edən natiqlər bildiriblər ki, dünyada və ölkəmizdə su ehtiyatlarının məhdudluğu mövcud şəraitdə suya qənaət məsələsini prioritet məsələlərdən birinə çevirir. Bu baxımdan, hər bir vətəndaşın gündəlik həyatında suyun düzgün idarə olunması və israfın qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. İştirakçılara məişətdə, kənd təsərrüfatında, sənaye sahələrində qənaət mexanizmlərinin tətbiqi barədə məlumat verilib və suya qənaətin yalnız iqtisadi deyil, həm də ekoloji baxımdan vacibliyi vurğulanıb.
Tədbirin sonunda iştirakçılar su ehtiyatlarının qorunmasına dair təkliflərini səsləndiriblər və mövzu ətrafında fikir mübadiləsi aparılıb.








