Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib.

30 aprel 2024 | 11:00
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək ümumi müsahibəyə Yardımlı Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 3 vakant vəzifə təqdim olunub.
✅Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Rəhbərlik, böyük məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi (1 yer)
✅Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Rəhbərlik, aparıcı məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu (1 yer)
✅Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Memarlıq və tikinti şöbəsi, böyük məsləhətçi - mühəndis (1 yer)
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 30 aprel 2024-cü il tarixindən 29 may 2024-cü il tarixi, saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir. Link aşağıda qeyd olunub⬇️⬇️⬇️
Keçidlər