Bahar Muradova Yardımlıda vətəndaşları qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 4-də keçirilən görüşdə Yardımlı və Masallı rayon sakinlərinin müraciətlərinə baxılıb.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən qəbulda vətəndaş müraciətləri sırasında ailədaxili məsələlər, uşaqla ünsiyyət, işlə təmin olunma, məişət zorakılığı və digər məsələlər yer alıb.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.