Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci rübdə Yardımlıda 129,8 min manatlıq rabitə və informasiya xidmətləri göstərilib

05 may 2022 | 09:49

Bu ilin birinci rübündə Yardımlıda 129,8 min manatlıq rabitə və informasiya xidmətləri göstərilib.

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, göstərilən informasiya və rabitə xidmətlərinin 102,5 min manatı dövlət mülkiyyətinə, 27,3 min manatı isə qeyri-dövlət mülkiyyətinə aid müəssisələrin payına düşür. Xidmətlərin növünə görə, telekommunikasiya xidmətlərinin xüsusi çəkisi 79,0 faiz, digər peşəkar xidmətlərin həcmi isə 21,0 faiz olub. İnformasiya və rabitə sahəsi üzrə fəaliyyətdə olan müəssisələrin əhaliyə göstərdiyi xidmətlərin həcmi əlavə dəyər vergisi daxil olmaqla, 135,1 min manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,0 faiz çoxdur.

Keçidlər