Şriftin ölçüsü :

Saytın rəngi :

Cari tədris ilində rayonda mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması və maarifləndirilməsi işinin aparılması ilə bağlı iclas keçirilmişdir

20 noyabr 2024 | 13:22

Yardımlı Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında RİH başçısının müavini Miramil Səmədlinin, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Mülki müdafiə idarəsinin rəisi, mayor Elmin İsmayılovun, Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, mayor Mirxəzər Hüseynovun, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirak ilə iclas keçirilmişdir.

RİH başçısının müavini Miramil Səmədli iclası açıq elan edib, rayonda mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması, maarifləndirilməsi işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı görülmüş işlərin yekunları və 2025-ci tədris ilində qarşıda duran vəzifələrin müəyyən edilməsi barədə məlumat vermişdir.

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, mayor Mirxəzər Hüseynov il ərzində mülki müdafiə üzrə görülən işlər barədə, nöqsanların aradan qaldırılması və 2025-ci tədris ilində mülki müdafiə işinin təşkilinə dair tapşırıqlar barədə ətraflı çıxış etmişdir.

İclasın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və ümumi müzakirələr aparılmışdır.

Keçidlər