Şriftin ölçüsü :

Saytın rəngi :

Çay Üzü kəndinə təbii qaz verilib.

26 sentyabr 2023 | 16:48

Yardımlı rayonunun daha bir yaşayış məntəqəsinə - Çay Üzü kəndinə təbii qaz verilib.

Bu münasibətlə keçirilən açılış mərasimində rayon rəhbərliyi, Lənkəran Regional Qaz İstismar İdarəsinin əməkdaşları, kəndin sakinləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində rayonda görülmüş işlərdən danışaraq, sakinləri əlamətdar hadisə münasibətilə təbrik edib.

Kənd sakinləri regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər