Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edib

17 iyun 2022 | 17:34

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 17-də Yardımlı, Masallı, Cəlilabad rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, əziz xatirəsinə dərin ehtiram bildirilmişdir. Yardımlı rayon Heydər Əliyev Mərkəzində keçirilən  qəbulda  vətəndaşların hər biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri tərəfindən dinlənilmiş və müraciətlərdə qaldırılan məsələlərlə bağlı müvafiq izahlar verilmişdir.

Keçidlər