Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 16 sentyabr 2024-cü il tarixində ümumi müsahibə elanı verilmişdir.
16 sentyabr 2024 | 13:24
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək ümumi müsahibəyə Yardımlı Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 5 vakant vəzifə təqdim olunub.
1. Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsi, şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı (1 yer)
Vəzifə haqqında ətraflı məlumat
2. Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, baş məsləhətçi (1 yer)
Vəzifə haqqında ətraflı məlumat
3. İcra Nümayəndəliyi, Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini - İHB-nın nümayəndəsinin müavini (1 yer)
Vəzifə haqqında ətraflı məlumat
4. İcra Nümayəndəliyi, Vəlixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)
Vəzifə haqqında ətraflı məlumat
5. İcra Nümayəndəliyi, Aşağı Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsinin müavini (1 yer)
Vəzifə haqqında ətraflı məlumat
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 16 sentyabr 2024-cü il tarixindən 15 oktyabr 2024-cü il tarixi, saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir. Link aşağıda qeyd olunub