Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçuları üçün təlimlər keçirilib.

24 aprel 2025 | 12:29

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən 21-22 və 24 aprel 2025-ci il tarixlərində Yardımlı Rayon İcra Hakimiyyətində, inzibati və yardımçı vəzifələrdə çalışan dövlət qulluqçuları üçün “Dövlət qulluğunda inzibati vəzifələrin tutulması qaydaları”, “Vaxtın idarə edilməsi və effektiv planlama” və “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi, qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzularında təlimlər keçirilib. Təlimlərdə rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarda çalışan dövlət qulluqçuları və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Təlim zamanı iştirakçılara mövzular çərçivəsində məlumat verilmiş, müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Keçidlər