"Dünya hərb tarixinə yeni səhifə yazan qüdrətli Azərbaycan Ordusu" adlı tədbir keçirilib.
25 iyun 2024 | 16:23
Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin, Lənkəran-Astara regional Təhsil İdarəsinin Yardımlı rayon Təhsil Sektorunun, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİHAİ) Yardımlı rayon komitəsinin və Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Yardımlı rayon Sektorunun birgə təşkilatçılığı ilə Mərkəzdə "26 iyun - Silahlı Qüvvələr Günü"nə həsr olunan "Dünya hərb tarixinə yeni səhifə yazan qüdrətli Azərbaycan Ordusu" adlı tədbir keçirilib.
Tədbirdə RİH başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Şəhid ataları - Ədalət Qarayev və Vaqif Zeynalov, Vətən Müharibəsi iştirakçıları, qazilər, Lənkəran-Astara regional Təhsil İdarəsinin Yardımlı rayon Təhsil Sektorunun müdiri Kamal Təhməzov, ATİHAİ Yardımlı rayon komitəsinin sədri Azər Əkbərov, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Yardımlı rayon Sektorunun müdiri Şəhriyar Şabiyev və idarə, müəssisə, təşkilatların əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra tədbirdə çıxış edənlər ölkəmizdə Milli ordunun yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin hələ 1969-1982-ci illərdə hakimiyyəti dövründə Azərbaycanda hərb sənətinin inkişafına yönəlmiş addımlarından, daha sonra 90-cı illərin ortalarından başlayaraq ordumuza göstərilən xüsusi diqqət və qayğıdan, Ali Hərbi məktəblərin yaradılmasından, ordunun maddi texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən, bu gün də bu siyasətin Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ordumuzun günü-gündən daha da qüvvətlənməsindən, düşmən üzərində "Aprel döyüşləri", "İyul döyüşləri", Vətən Müharibəsi və antiterror tədbirləri ilə əldə olunan əvəzsiz, misilsiz qələbələrdən, ordumuzun təkcə Şuşanın azad olunmasında göstərdiyi şücaətin bu gün dünya hərb tarixində öyrənilməsindən, dövlət-ordu-xalq birliyinin gücündən, gənclərə vətənpərvəlik duyğusunun aşılanmasından geniş şəkildə bəhs ediblər.
Daha sonra "Şuşa sən azadsan" filmi nümayiş olunub.
Yekun olaraq tədbir iştirakçıları "Ordumuz qürurumuzdur" adlı sərgi ilə tanış olublar, Şəhid atalarına, Vətən Müharibəsi iştirakçılarına, qazilərə əlamətdar gün münasibətilə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.