Əhalinin sayı
13 avqust 2024 | 11:54
Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2024-cü ilin əvvəlindən Yardımlı rayonu üzrə əhalinin ümumi sayı 359 nəfər artaraq cari ilin 01 iyul tarixinə 68805 nəfərə çatıb. Əhalinin 11,0 faizini şəhər, 89,0 faizini kənd sakinləri, 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edir. Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin ilk 6 ayı ərzində rayonda 545 doğum, 132 ölüm faktı qeydə alınmış, 198 nikah bağlanmış və 44 boşanma halı baş vermişdir. Rayon üzrə miqrasiya saldosu mənfi 54 olmuşdur.