"Erkən nikahlara yox deyək" layihəsi çərçivəsində gənclərlə görüş keçirilib.
20 dekabr 2022 | 15:57
Yardımlı Rayon İcra Hakimiyyətinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyi, Yardımlı Rayon Gənclər və İdman İdarəsi, Yardımlı rayon Heydər Əliyev Mərkəzi və Yardımlı RPŞ-nin birgə təşkilatçılığı ilə "Erkən nikahlara yox deyək!" layihəsi çərçivəsində gənclərlə görüş keçirilib.
Görüş zamanı gənclərə erkən nikahlar və yaratdıqları problemlərdən, bu kimi halların yeniyetmə qızların təhsildən yayınmasına və onların təhsil hüquqlarının pozulmasına səbəb olması haqqında ətraflı məlumat verilib.
Daha sonra gənclər erkən nikahların fəsadları ilə bağlı hazırlanmış videoçarxı izləyiblər.