Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Balaşzadə Röyal Atduxan oğlunun nəşi yaşadığı Zığ qəsəbəsinin Şəhidlər Xiyabanında dövlət himnimizin sədaları altında dəfn olunmuşdur.

17 sentyabr 2022 | 08:30
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Anzov kənd sakini 2003-cü il təvəllüdlü Balaşzadə Röyal Atduxan oğlunun nəşi yaşadığı Zığ qəsəbəsi, Dədə Qorqud adlandırılan yaşayış sahəsinə gətirilərək ailə üzvləri və rayon ictimaiyyətinin iştirakı ilə vida mərasimi keçirilmiş, sonra qəsəbə Şəhidlər Xiyabanında dövlət himnimizin sədaları altında dəfn olunmuşdur.
Dəfn mərasimində Milli Məclisin deputatı Musa Qasımlı, Yardımlı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin doğmaları iştirak edib.
Şəhidimiz dəfn olunduqdan sonra Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış bütün hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk!
Şəhidlərimizin qanı yerdə qalmadı!
Keçidlər