Şriftin ölçüsü :

Saytın rəngi :

Əvçədulan kəndində səyyar qəbul keçirildi.

12 oktyabr 2022 | 15:50

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov növbəti səyyar qəbulunu Əvçədulan kənd sakinləri ilə keçirmişdir. Əvçədulan kənd ümumi orta məktəbinin həyətində (açıq havada)  keçirilən səyyar qəbulda RİH başçısı, müavinləri, şöbə müdirləri, idarə müəssisə  və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar qəbulda RİH başçısı Ayaz Əsgərov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qazandığımız Şanlı Zəfərlə bütün şəhidlərimizin qisasının alındığını, bu qələbə ilə hər bir vətəndaşın Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi olduğunu bildirdi. O, işğaldan azad edilmiş ərazilərdə surətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrinin ölkə başçımızın qətiyyətinin və iradəsinin təcəssümü olduğunu diqqətə çatdırdı.

RİH başçısı eyni zamanda rayonda aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verdi, sonra sakinləri maraqlandıran məsələlər müzakirə olundu. Həlli mümkün müraciətlər yerindəcə həll edildi, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü. 

Kənd sakinləri ölkəmizdə və eləcə də rayonumuzda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş və ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər