Şriftin ölçüsü :

Saytın rəngi :

FHN-nin Cənub Regional Mərkəzi tərəfindən Yardımlı rayonunda tədbir keçirilib.

14 noyabr 2025 | 16:14

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Yardımlı rayonunda “Fövqəladə hallara qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində birgə fəaliyyətin təşkili” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yardımlı RİH başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Azər Xamiyev, FHN-nin Regional Mərkəzlərlə işin təşkili idarəsinin rəis müavini Namiq Bağırzadə, FHN-nin Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, Fövqəladə Hallar Komissiyası, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİH başçısının İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yardımlı RİH başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Azər Xamiyev tədbirin əhəmiyyətindən danışıb, fövqəladə hallarla mübarizə sahəsində qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

FHN-nin Regional Mərkəzlərlə işin təşkili idarəsinin rəis müavini Namiq Bağırzadə, Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov və digər natiqlər fövqəladə hallara qarşı qabaqlayıcı tədbirlərin görülməsinin hazırki vəziyyəti, bu sahədə qurumlararası əlaqələr, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat veriblər.

Tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirə aparılıb.

Keçidlər