Şriftin ölçüsü :

Saytın rəngi :

Gavran kəndində səyyar qəbul keçirilib.

12 yanvar 2024 | 15:30

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov növbəti səyyar qəbulunu Gavran kənd sakinləri ilə keçirib. Gavran kənd tam orta məktəbində  keçirilən səyyar qəbulda RİH başçısı, müavinləri, şöbə müdirləri, idarə müəssisə  və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbulda ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışaraq, bu uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb.

Sonra sakinlərin müraciətlərinə baxılıb. Həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər